Nərgizi öldürəndən sonra balta ilə doğradılar: Ata və ögey anaya hökm oxundu

saytların hazırlanması

Evə çatdırılma

Nərgizi öldürəndən sonra balta ilə doğradılar: Ata və ögey anaya hökm oxundu

Kriminal

27 Noyabr 2026 16:58 43


2020-ci ildə itkin düşən, 4 il sonra isə qətlə yetirildiyi üzə çıxan 1996-cı il təvəllüdlü Nərgiz Nəcəfovanın ölüm işi ilə bağlı məhkəmə prosesi başa çatıb.

"Yeni Sabah" xitab24.az-a istinadla xəbə verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxs qismində hakim qarşısına 1965-ci il təvəllüdlü Şikar Nəcəfov və arvadı 43 yaşlı Ramilə Nəcəfova çıxarılıb.

CM-in 120.2.1 və 120.2.9-cu maddələri ilə təqsirləri sübuta yetirilən Ş.Nəcəfov 18 il, arvadı Ramilə Nəcəfova isə 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Elektronika məhsulları

Cinayət hadisəsinə gəlincə, hadisə Ağdamın Yeni İmamqulubəyli qəsəbəsində baş verib. Şikar Nəcəfov və arvadı, qızları Nərgiz Cəfərovanın yüngül həyat tərzi keçirməsini bəhanə edərək onu öldürmək qərarına gəliblər. Cinayət hadisəsində əlbir olan ərlə arvad Nərgizi yatdığı yerdə öldürüblər. 

Yataq otağına daxil olan ata qızının üzərinə çıxaraq, onun nəfəs yollarının,  Ramilə isə Nərgizin tərpənməməsi üçün ayaqlarını tutub. Daha sonra zərərçəkmişin boyun nahiyəsinə dəmir linglə zərbələr endirilib. Nərgiz öldüyündən əmin olan ata, dəhrə və baltadan istifadə edərək qızının meyitini hissələrə bölüb.

Meyitin hissələrini fındıq ağacının altına basdıran ata, sonradan cəsədin tapılacağından ehtiyat edib. O, daha sonra meyitin hissələrini un kisəsinə yığaraq Qarabağ Su kanalının Ağcabədi rayon Qiyaməddinli kəndindən keçən hissəsinə atıb.

Nərgiz Nəcəfovanın 2020-ci ilin aprel ayının 29-da itkin düşməsi faktı üzrə araşdırma aparılıb. Həyata keçirilmiş çoxsaylı istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində onun yaşadığı evdə yatdığı zaman qisas məqsədilə ata və ögey anası tərəfindən boğularaq və bədəninin müxtəlif nahiyələrinə dəmir parçası ilə vurularaq qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!