59 yaşlı kişi kanalda batdı, axtarışları aparılır

saytların hazırlanması

Evə çatdırılma

59 yaşlı kişi kanalda batdı, axtarışları aparılır

Hadisə

19 İyul 2026 14:44 135


Qarabağ kanalının Bərdə rayonundan keçən hissəsində 59 yaşlı şəxs batıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Qeyd olunub ki, nazirliyin "112" qaynar telefon xəttinə iyulun 17-də Qarabağ kanalının Bərdə rayonu, Mirzalıbəyli kəndindən keçən hissəsində bir nəfərin batması barədə məlumat daxil olub. pizza mizza

Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Hazırda 1967-ci il təvəllüdlü Rəsul İbiş oğlu Bünnətovun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.

Əlavə məlumat veriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!