5G Azərbaycanın ən sürətli şəbəkəsinin təqdimatında! 

saytların hazırlanması

Evə çatdırılma

5G Azərbaycanın ən sürətli şəbəkəsinin təqdimatında! 

Rəqəmsal

03 Fevral 2023 09:59 4022


Bakcell 5G texnologiyasını istifadəyə verib. Hazırda sınaq rejimində fəaliyyət göstərən 5G şəbəkəsi Bakının müxtəlif ərazilərində - Fəvvarələr Meydanında, Xaqani bağında (Molokan bağı) və “Dəniz Mall” ərazisində mövcuddur. 

Azərbaycanın ən sürətli mobil şəbəkəsinin təqdimatında 5G texnologiyasını Huawei, Xiaomi, OnePlus, Poco və Vivo smartfonlarının sahibləri istifadə edə bilər.

Bakcell 5G texnologiyadan istifadə edən abunəçilərinə 5GB balans da hədiyyə edir. Yuxarıda adları çəkilən mobil cihaz sahibləri 5G-nin mövcud olduğu ərazilərdə olarkən telefonda *501*1#  kodunu yığmalıdırlar. Əgər abunəçinin cihazı 5G texnologiyasını dəstəkləyirsə, onun nömrəsinin balansına 5 GB həcmində 5G trafiki hədiyyə olunacaq. Bu balans 1 saat ərzində 5G sınaqları keçirilən ərazilərdə istifadə edilə bilər.  

Ətraflı məlumatı 5g.bakcell.com səhifəsindən əldə etmək mümkündür. 

Bakcell Azərbaycanda eSIM və VoLTE texnologiyalarını tətbiq edən ilk mobil operatordur. Bakcell şəbəkəsi Ookla® tərəfindən "Azərbaycanın ən sürətli mobil şəbəkəsi" kimi tanınır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!