Dünyada qeydə alınan koronavirus infeksiyası hallarının sayı 588 474 953 nəfərə çatıb.
Yenisabah.az xəbər verir ki, bu barədə ABŞ-ın Cons Hopkins Universiteti məlumat yayıb.
İndiyədək 6 milyon 430 min 692 nəfər COVID-19 infeksiyasının təsirindən dünyasını dəyişib. Dominos pizza
20 milyondan çox yoluxma olan ölkələr arasında ABŞ, Hindistan, Braziliya, Fransa, Almaniya, Böyük Britaniya, İtaliya və Cənubi Koreya var.
Xəstəliyə yoluxanların və infeksiyanın nəticələrindən ölənlərin sayı müvafiq olaraq:
ABŞ - 92,719,491 və 1,036,325.
Hindistan - 44,223,557 və 526,928.
Braziliya - 34 124 579 və 681 006.
Fransa - 34,383,344 və 154,030.
Almaniya - 31 489 484 və 145 561.
Böyük Britaniya - 23 634 568 və 186 798.
İtaliya - 21 428 602 və 173 701.
Cənubi Koreya - 21 111 840 və 25 499.
Dünyada baş verən mühüm hadisələrlə bağlı statistik məlumatlar üzrə ixtisaslaşan “Worldometer” portalının məlumatına görə, cümə günü səhər saatlarında planetdə hər 1 milyon nəfərə ölüm nisbəti 827,3 təşkil edib. Hindistanda hər 1 milyon əhaliyə 374, Braziliyada 3157, Fransada 2333, Almaniyada 1726, Böyük Britaniyada 2711, İtaliyada 2882, Cənubi Koreyada 496 nəfər ölüb. ABŞ-a dair məlumat yoxdur.
Telegram kanalımız