6 min PUA istehsal edən zavod - ABŞ nəşrinin iddiası

saytların hazırlanması

Evə çatdırılma

6 min PUA istehsal edən zavod - ABŞ nəşrinin iddiası

Dünya

06 Fevral 2023 09:24 755


6000 PUA istehsal edə biləcək zavodun tikintisini qiymətləndirmək məqsədi ilə İran nümayəndə heyəti Rusiyaya yollanıb.

Yenisabah.az “Wall Street Journal”a istinadla xəbər verir ki, bu barədə bəzi NATO rəsmiləri məlumat yayıb. 

İddiaya görə, bu zavodun tikintisi Tehran və Moskva arasında artan hərbi əməkdaşlığın bir hissəsidir. pizza mizza

Bundan əlavə, bu yüksək rütbəli İran nümayəndə heyətinin yanvarın 5-də PUA zavodunun tikintisi və istismarı üçün nəzərdə tutulan əraziyə səfər etdiyi iddia edilib.

Adları çəkilməyən məmurlar "Wall Street Journal"a bildiriblər ki, İran və Rusiya Ukraynanın hava hücumundan müdafiə sistemlərinə qarşı daha yüksək sürətə malik pilotsuz təyyarələr yaratmaq üzərində işləyirlər.

ABŞ nəşri anonim rəsmilərə istinadla yazıb ki, Rusiya və İran uçuşun sürətini və hündürlüyünü artırmaq üçün yeni mühərrikli pilotsuz təyyarələr istehsal etməyə çalışırlar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!