Qara dənizdə Ukrayna üçün hərbi yük daşıyan gəmi PUA ilə vuruldu

saytların hazırlanması

Evə çatdırılma

Qara dənizdə Ukrayna üçün hərbi yük daşıyan gəmi PUA ilə vuruldu

Dünya

29 Noyabr 2026 19:09 58


Rusiya pilotsuz uçuş aparatları (PUA) ilə Odessanın cənub-qərbində, Qara dəniz akvatoriyasında Ukrayna ordusu üçün hərbi yüklər daşıyan quru yük gəmisinə zərbə endirib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Bu gün günorta saatlarında Rusiya Federasiyasının Silahlı Qüvvələri hərbi-sənaye kompleksi, enerji infrastrukturu obyektlərinə, eləcə də Ukrayna Silahlı Qüvvələrinin maraqları naminə istifadə edilən gəmiyə pilotsuz uçuş aparatları ilə zərbələr endirib. Zərbələr nəticəsində Qara dəniz akvatoriyasında, Odessanın cənub-qərbində Ukraynaya hərbi təyinatlı yüklər çatdıran quru yük gəmisi vurulub”, – məlumatda bildirilib. İnternet mağaza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!