“60 yaşımda belə geyinsəm, deyərəm ki, ayıbdır” - Müğənni

saytların hazırlanması

Evə çatdırılma

“60 yaşımda belə geyinsəm, deyərəm ki, ayıbdır” - Müğənni

Şou

20 İyun 2024 11:13 585


"Geyim, tərbiyə, əxlaq yaşa baxmır. Geyimlə tərbiyə ölçülmür. Qapalı geyinib, amma qadına yaraşmayan elə bir hərəkət edə bilər ki... İnsanın xasiyyəti geyimə bağlı bir şey deyil".

Yenisabah.az bizim.media-ya istinadla xəbər verir ki, bu sözləri müğənni Aynur Dadaşova "Rəngarəng səhər" verilişində deyib.

O, qısa libasını tənqid edənlərə kinayəli ismarış yollayıb: Toyuqlu pizza

"Mən 60 yaşımda belə geyinsəm, deyərəm ki, ayıbdır. Amma indi nə yaşım. 11 yaşımdan efirdəyəm. 20 yaşlı oğlum və 12 yaşlı qızım var. Həmkarlarım həmişə deyirlər ki, özümüzə görə yaşamırıq. Biz kiməsə görə yaşayırıq. Mənim geyimimə xoşaqəlməz rəyləri yalnız məni qısqanan xanımlar yaza bilər. Mən darıxa bilərəm, amma depressiyaya düşən deyiləm".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!