602 nəfər işğaldan azad edilmiş ərazilərə qanunsuz səfər edib

saytların hazırlanması

Evə çatdırılma

602 nəfər işğaldan azad edilmiş ərazilərə qanunsuz səfər edib

Sosial

23 Fevral 2022 10:07 577


İşğaldan azad edilmiş ərazilərə qanunsuz keçən şəxslərin sayı açıqlanıb. 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi polis mayoru Elşad Hacıyev “Yeni Sabah”a sorğusuna cavab olaraq bildirib ki, Vətən müharibəsi başa çatandan sonra işğaldan azad olunmuş ərazilərə qanunsuz səfər edən 602 nəfər müəyyən edilərək inzibati məsuliyyətə cəlb olunub.

Onlardan 175 nəfər barəsində inzibati həbs, 345 nəfər barəsində cərimə tətbiq edilib, digərlərinə isə məhkəmələr tərəfindən xəbərdarlıq olunub. pizza hut

“Hazırda işğaldan azad edilmiş bütün ərazilərdə minatəmizləmə əməliyyatları aparılır. Təmizlənən ərazilərə vətəndaşların rahat qayıdışı üçün bərpa və quruculuq işləri davam etdirilir”, - o vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!