67 yaşlı Afaq Bəşirqızı: “Saat 5-dən telefonum susmur“

saytların hazırlanması

Evə çatdırılma

67 yaşlı Afaq Bəşirqızı: “Saat 5-dən telefonum susmur“

Şou

16 Avqust 2022 13:29 1207


Ötən gün Xalq artisti Afaq Bəşirqızının 67 yaşı tamam olub.

Yenisabah.az xəbər verir ki, aktrisa sosial şəbəkə hesabında paylaşım edərək onu təbrik edənlərə təşəkkürlərini bildirib:

“Dünən saat 5-dən telefonum susmur. Özümü xoşbəxt hiss edirəm. Çünki mən bu məhəbbəti, qayğını, sevgini qazanmışam, ona görə də çox rahatam, çox sevinirəm. pizza

Heç nəyə söz vermirəm, ancaq arzum budur ki, tezliklə səhnədə sizinlə görüşüm. Yenə də sizinlə təmasda olum, sizinlə bir gülüm, bir güldürüm, sizinlə bir yaşayım o hissləri, o həyəcanları. Allah məni sizsiz, məni də səhnəsiz qoymasın. Bütün sənət yoldaşlarıma, incəsənət xadimlərinə və xaricdə yaşayan dostlarıma, hamıya öz minnətdarlığımı bildirirəm.

Bu anlarda düşünürəm ki, yaşamağa dəyər. Hə, dostlar, yaşamağa dǝyǝr!”


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!