68 yaşlı icra başçısı mərcə girdi: Dağa dırmaşdı -    VİDEO

saytların hazırlanması

Evə çatdırılma

68 yaşlı icra başçısı mərcə girdi: Dağa dırmaşdı -  VİDEO

Hadisə

18 Noyabr 2025 12:16 11101


Masallı rayonunun icra başçısı Araz Əhmədov Sığdaş kəndində yerləşən “Hampa dağı”na çıxıb.

“Yeni Sabah” Sitat.info-ya istinadən xəbər verir ki, 68 yaşlı icra başçısı avtomobilindən enərək, təxminən kilometrə yaxın məsafəni yoxuşa qalxıb.

Sakinlər və bələdiyyə nümayəndələri icra başçısına avtomobillə dağa qalxmağı təklif etsələr də, A.Əhmədov buna etiraz edib, "Saata baxın 3 dəqiqəyə ordayam" deyərək yola düşüb. Ardınca icra və bələdiyyə nümayəndələri də piyada dağa qalxıblar. Pepperoni pizza

Maraqlıdır ki, icra başçısı yüksəkliyə hamıdan öncə çatıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Sima
    Belə dağa yox ey, sürüşən çınqıllı dağa 78 yaşımda çıxmışam, 2800 metr, Koroğlu qalasına. Həm də kim cəsarət edib icra başçısını keçər?
    6 months ago
  • Əliqismət
    Diqqət:Araz Süleyman oğlu Əhmədov 1963-cü ildə Naxçıvan MR-in Ordubad rayonunun Biləv kəndində anadan olub. Çox xahiş edirəm ictimaiyyətə düzgün məlumat verin! Cənab Araz Əhmədovum 62 - i yaşı var! (Allah uzun ömürlər versin Amin) ictimaəti düzgün məlumatlandırın!
    6 months ago
  • Səid Abdullaoğlu
    Əla görüntü
    6 months ago
  • Vüqar
    Əhalinin dərdi yaddan çıxıb,bular alpinistliklə məşğul olurlar.Nə bilim vallah
    6 months ago