7 yaşlı uşağı öldürməyə cəhddə təqsirləndirilən Mövsüm Bağırovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
“Yeni Sabah” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hakimlər kollegiyasının hökmü ilə Mövsüm Bağırov 14 il müddətinə azadlıqdan məhrum edilib. Dominos pizza
Qeyd edəki, hadisə ötən il Bakının Xəzər rayonunda qeydə alınıb. 1998-ci il təvəllüdlü M.Bağırov qonşuluqda olan 7 yaşlı Alı Vəliyevin başına daş çırparaq öldürməyə cəhd edib. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub. Hadisəyə səbəb 7 yaşlı uşağın M.Bağırovun üzərinə pirotexniki maddə atması olub.
Polis tərəfindən saxlanan M.Bağırovun barəsində Cinayət Məcəlləsinin 29.120-ci (adam öldürməyə cəhddə) maddəsi ilə ittiham irəli sürülüb.
Open.az
Telegram kanalımız