Ekspert və DİM sədri yenə üz-üzə: “Nə ehtiyac var?”

saytların hazırlanması

Evə çatdırılma

Ekspert və DİM sədri yenə üz-üzə: “Nə ehtiyac var?”

Sosial

16 May 2026 13:39 10999

“Məktəblərdə xarici dillərin tədrisində zaman-zaman problemlərlə üzləşirik. Hətta bəzi dövlət və özəl ali məktəblərdə xarici dilin tədrisi o qədər zəifləyib ki, məzunlar dil öyrənmək üçün kurslara getməli olurlar”.

Bu sözləri “Yeni Sabah”a təhsil eksperti Etibar Əliyev deyib.

O qeyd edib ki, Dövlət İmtahan Mərkəzinin (DİM) buraxəlış imtahanında 100 sözdən ibarət mətn tələbi başadüşülən deyil: pizza sifarişi

“Əvvəla, müasir dövrün mütəxəssisləri uşaqların sürətlə yazıdan uzaqlaşması barədə həyəcan təbili çalır. Şagirdlər arasında ciddi şəkildə savadlı yazı yazmaq problemi var.

Doğrudur, şagirdlərin yazı və özünü ifadə bacarıqlarını ölçmək vacibdir, amma indiki dövrdə imtahan yükü həddən çoxdur. Axı niyə məhz 100 sözdən ibarət mətn? Bu hansı bacarıqları ehtiva edə bilər? Orta məktəblərdə ingilis dilinin tədrisinə kifayət qədər saatlar verilir. Üstəlik, buraxılış və qəbul imtahanlarında da xarici dildən imtahan götürülməkdədir. Bu baxımdan, əlavə bacarıqlara nə ehtiyac var?

Orta məktəblərdə elə mühit yaratmaq lazımdır ki, şagirdlər xarici dildə mütaliə edə bilsin. Müxtəlif müəlliflərin kiçik həcmdə ingilis, yaxud digər xarici dillərdə mətnləri var. Belə mətn və hekayələri şagirdlərə oxutdurmaq olar. Lakin konkret imtahan yükünə əlavə olaraq xarici dildə mətn yazılmasını tələb etmə hər hansı bacarıqların ölçülməsinə xidmət göstərməyəcək”.

Xatırlatma: Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə buraxılış imtahanlarında xarici dildə 100 sözdən ibarət mətn yazmaq tələb olunacağını deyib. O əlavə edib ki, hazırda bu imtahanlarda 3 komponent, bacarıq yoxlanılır:

“Buraxılış imtahanlarında xarici dil üzrə hələ ki, danışıq bacarığının yoxlanılması tətbiq edilmir. Test blokunda oxuyub-anlama və dinləyib-anlamanı yoxlayan tapşırıqlar yer alır. Lakin növbəti mərhələlərdə danışıq qabiliyyətinin yoxlanılması ilə bağlı da dəyişikliklər ola bilər”.

Nazim Hacıyev

Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Elza
    Məleykə eksperiment aparır,sonra 300 sözdən ibarət mətn tətbiq etdirər,hərə özü üçün monopoliya ysradıb,bu millətin balalarını savadsızlamayz aparmaqdı
    3 months ago
  • Terane
    Salam xais edirem ciddi arasdirilsin .mene komek edin . evvelki illerin mezunu olaraq 11 illik bazayla imtahan verdim 19 aprel 2026 ci il. tehsil nazirliyi riyaziyat fenninden suallarin coxsunu sef yoxlayib . men hara bildirim ? 71 sual A varinati yazmisam .ama sef yazmisam . bilremki sef etmisem . tehsil nazirliyi sef suali duz gosderib .usdelikde duzgun variantlarimi sef gosderib .kodlasmada da duz etmisem .hec bir yalnislik olmayib .bunu arasdirilmasini xais edirem . Sehid ailesi olaraq komek edin mene . onlarin gmayillarina da bildirdim .savadsiz olmaslar . abutryebtler yazikdi 19 aprel buraxilis imtahanin riyaziyat suallari sef yoxlayiblar .hansi savadsiz yoxlayibsa .men dikketlice arasdirdim .butun internet ,muellimler .hami sokdadi .tehsil nazirliyi bele sefi nece eder .bunu isiklandirin .komek edin mene . Meleyke xanim ya Emin muellimi ?ya yoxlayanlarmi savadsizdilar . men haqqimi teleb edirem ..komek.edin hele az.dili ve ingilis dilini baxmamisam .esas riyaziyatin usdune dusdum duzgun cavablarimi sef edib balimi asaqi gosderdiler .bele savadsiz tehsil nazirliyimiz olmasi meni narahat edir .her kes eziyet cekirki oxusun .bele haqsizlik olmaz .

  • İbrahim
    Yığan da olur saymırlar bunlar nə yeyib nə içir?
    3 months ago
  • İbrahim Həsənov
    Məncə bu daha bilik sınağı yox vaxtla yarışdırmaq üçün yaradılır və “Bizim millət” avaralarıbasdırıb yaxşıları üzə çıxartmaq istəyir DİM sə icazə vermir yaxşılar üzə çıxsın “Niyə?” nədi nədi 65 sözə görə camaatın evi yıxılır
    3 months ago
  • Murad
    Məleykə Abbaszadə vəzifəsindən azad edilməli, FİM ləğv olunmalı və Təhsil Nazirliyinin nəzdində qəbul imtahanlarını həyata keçirən agentlik yaradılmalıdır.
    3 months ago
  • Rahim
    DIM NƏYƏ, XİDMƏT EDİR? GƏNCLƏRİ ÖLKƏNİ TƏRK EDİB, XARİCDƏ TƏHSİL ALMAĞA.
    3 months ago
  • Hacıyeva Lalə
    Mənim fikrimcə də elədir.Yəni əvvəl heç mətn yazmaq yox idi ,sonra 35 sözdən ibarət mətn yaratdılar.İndi isə 35 sözdən dərhal 100 sözə qalxıblar. Yəni nə ehtiyac və ya nə gərək var.Uçaqlar onsuzda 35 sözü yazmaqda əziyyət çəkirlər 100 söz isə lap əziyyətdir.