Azərbaycanın sərbəst güləşçiləri Bolqarıstanın Samokov şəhərində keçirilən U-17 Avropa çempionatının 6-cı günündə 5 medal qazanıblar.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.
Məlumata görə, Hüseyn Rzazadə (48 kq) finalda ukraynalı Volodimir Boykoya heç bir şans tanımayıb. Sezar pizza
Rəqibinə vaxtından əvvəl (12:0) qalib gələrək Avropa çempionu olub.
Abbas Şəfiyev (55 kq) macarıstanlı Kiril Şumeykonu 13:7 hesabıyla üstələyərək bürünc medalı boynundan asıb.
Rəşid Nazarov (65 kq) finalda rusiyalı Maksim Monquşa (2:14) məğlub olub və gümüş medalla kifayətlənib.
Nihad Süleymanlı (80 kq) finalda türkiyəli Emirhan Çayıra tam üstünlüklə (10:0) qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Hakim Tağıyev (110 kq) isə bürünc medal görüşündə belaruslu Daniil Jivuladan güclü olub – 3:1.
Telegram kanalımız