76-cı Venesiya kinofestivalının qalibləri

76-cı Venesiya kinofestivalının qalibləri
Sent 9, 2019 11:32
Oxunma sayı: 36

İtaliyanın Venesiya şəhərində 76-cı beynəlxalq kinofestivalının mükafatlandırma mərasimi keçirilib.

"Yeni Sabah" "NTV"yə istinadən bildirir ki, əsas mükafat olan “Qızıl Aslan”a Todd Fillipsin “Coker” layiq görülüb.

“Gümüş Aslan”ı isə rejissor Roman Polanskinin “Zabit və casus” filmi alıb.

Arian Askarid ən yaxşı aktrisa, Luka Marinelli ən yaxşı aktyor seçilib.

Xatırladaq ki, bu il münsiflər heyətinə rejissor, ssenarist və prodüser Lukresiya Martel rəhbərlik edib.

 

Yenisabah.az