Konsertə bilet aldı, amma səhnəni görə bilmədi –   VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Konsertə bilet aldı, amma səhnəni görə bilmədi – VİDEO

Mədəniyyət

24 Noyabr 2026 13:59 51


Azərbaycan Dövlət Akademik Filarmoniyasında konsert zamanı tamaşaçıların səhnəni görməsi ilə bağlı problem yaranıb.

“Yeni Sabah” xəbər verir ki, konsertə qatılan vətəndaş zalda oturacaqların yerləşdirilməsindən narazılığını ifadə edib.

O bildirib ki, amfiteatr hissəsinə bilet almasına baxmayaraq, səhnəni izləmək mümkün olmayıb. Online alış-veriş

Tamaşaçı qeyd edib ki, oturduğu yerdən səhnə əvəzinə yalnız divarı görmək olur:

“Filarmoniyada konsertə baxmağa gəlmişik. Evdə yutubdan baxmaq daha yaxşıdır. Burada oturub ancaq tavana baxırsan. Amfiteatrda səhnə görünmür”.

Vətəndaşın çəkdiyi görüntülər sosial şəbəkələrdə yayılıb və müzakirələrə yol açıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!