Tanınmış bəstəkar Ruhəngiz Qasımova bu gün 79 yaşını qeyd edir.
Bəstəkar “Yeni Sabah”a açıqlamasında ad gününü xaricdən gələn qonaqlarla və nəvələri ilə keçirəcəyini deyib:
“Evim xaricdən gələn qonaqlarla doludur. 7 nəfər gəlib. Avqustun 12-nə qədər çox məşğul olacağam”.
Xatırladaq ki, Ruhəngiz Qasımova Bəstəkarlar İttifaqının üzvü, Prezident təqaüdçüsüdür.
Əsmətxanım
Telegram kanalımız