84 yaşlı Ziyad Səmədzadə növbəti dəfə deputatlığa namizəddir 

saytların hazırlanması

Evə çatdırılma

84 yaşlı Ziyad Səmədzadə növbəti dəfə deputatlığa namizəddir 

Siyasət

06 Avqust 2024 12:59 1080


VI çağırış Milli Məclisin bitərəf deputatı Ziyad Səmədzadə sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərinə namizədliyini irəli sürüb. 

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq deputatın köməkçisi bildirib. 

"Ziyad müəllim sentyabrın 1-də keçiriləcək seçkilərdə namizədliyini irəli sürüb. O, seçki dairəsini dəyişməyib",- açıqlamada deyilir.  Dördpendirli pizza

Qeyd edək ki, Ziyad Səmədzadə 2020-ci il parlament seçkilərində 23 saylı Nəsimi-Səbail seçki dairəsindən deputat seçilib. O, üçüncü, dördüncü, beşinci çağırışda da Milli Məclisin deputatı olub. 

84 yaşlı siyasətçi VI çağırış Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin, Əmək və sosial siyasət komitəsinin üzvü, Azərbaycan-Belarus parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Çin, Qırğızıstan, Özbəkistan, Portuqaliya, Rusiya, Sloveniya parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvü olub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!