86 yaşlı deputatlığa namizədin ailəsində faciə

saytların hazırlanması

Evə çatdırılma

86 yaşlı deputatlığa namizədin ailəsində faciə

Sosial

15 Avqust 2024 11:07 856


Sentyabrın 1-də keçiriləcək parlament seçkilərində deputatlığa ən yaşlı namizədi Oqtay Zeynəlovun həyat yoldaşı vəfat edib. 

Bunu Modern.az-a açıqlamasında Müsavat Partiyasının 38 saylı Gəncə Birinci seçki dairəsindən namizədi Oqtay Zeynalov özü bildirib. 

"Yoldaşım dünyasını dəyişib. Ölümünə səbəb şəkər xəstəliyi olub. 5-ci gün yeddi mərasimi olacaq. Sankt-Peterburqdan bir nəvəm gəlib, qızım və oğlum Özbəkistanda gəlib. Baş qarışıb, mənsəb itib. Neçə gündür təbliğat işi tamam yaddan çıxıb. Həyat yoldaşım vəfat etməmişdən təxminən 1 həftə əvvəl imzaları toplayıb verə bildik.  Yoldaşımın vəfatı həmin dövrə təsadüf etsəydi, nəsə edə bilməyəcəkdim",- o deyib.  Dördpendirli pizza

Yenisabah.az bildirir ki, Oqtay Zeynalov 1938-ci ildə anadan olub. Onun 86 yaşı var.  


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!