9 ballıq zəlzələ GÖZLƏNİLİR: 300 min nəfərə ölüm təhlükəsi 

saytların hazırlanması

Evə çatdırılma

9 ballıq zəlzələ GÖZLƏNİLİR: 300 min nəfərə ölüm təhlükəsi 

Dünya

03 Aprel 2025 14:52 1198


Sakit Okean sahillərində Nankai çuxurunda baş verməsi gözlənilən 9 bal gücündə zəlzələ 298 min insanın ölümünə səbəb ola bilər.

Bu barədə Yaponiya hökuməti hesabat dərc edib.

Mütəxəssislərin hazırladığı hesabatda 2011-ci ildə baş verən 9 ballıq zəlzələ və sunamidən sonra yeni "meqa zəlzələ"nin daha böyük dağıntılara səbəb ola biləcəyi ortaya çıxıb.

Xəbərdarlıq edilib ki, bu zəlzələ hündürlüyü 10-30 metr arasında dəyişən sunami dalğalarına səbəb ola bilər. Zəlzələnin qışda və gecə vaxtı baş verəcəyi təqdirdə ölənlərin sayının 298 minə çata biləcəyi qeyd olunub.

Belə bir ssenari 2,35 milyon binanın dağılmasına, ölkə əhalisinin təxminən 1 faizinə bərabər olan 1,23 milyon insanın təxliyəsinə və 1,81 trilyon dollar iqtisadi ziyana səbəb ola bilər.

Zəlzələnin Nankai çuxurunda yaxın 30 il ərzində baş vermə ehtimalı təxminən 80 faizdir. /Publika.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!