Azərbaycanda 9 minə yaxın şəxsi heyvan dişləyib

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda 9 minə yaxın şəxsi heyvan dişləyib

Sosial

01 May 2024 16:33 282


Bu ilin üç ayı ərzində Azərbaycanda 8 min 712 nəfər heyvan dişləməsinə məruz qalıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Gigiyena və Epidemiologiya Mərkəzi məlumat yayıb.

Bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə 242 nəfər az olub. Builki hadisələr üzrə 4 min 788 nəfəri məlum (it, pişik), 3 min 924 nəfəri isə naməlum heyvanlar (it, pişik, siçovul) dişləyib. pizza sifarişi

Həmçinin, bu il üçün ölkədə quduzluq hadisəsi qeydə alınmayıb. Ötən il isə 1 belə hadisə baş verib.

Xatırladaq ki, ötən ilin üç ayı ərzində 8 min 954 heyvan dişləməsi qeydə alınıb. Bunlardan 5 min 124 hadisə məlum, 3 min 830 hadisə naməlum heyvanlar tərəfindən olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!