Türkiyənin tanınmış müğənnisi Cansever 59 yaşında vəfat edib.
“Yeni Sabah” Türkiyə mediasına istinadən xəbər verir ki, “Ağla Gözbebeğim”, “Sen de Gittin” və “Kime Bu İnat” kimi mahnıları ilə 1990-cı illərdə məşhurlaşan sənətçi uzun müddətdir leykemiya xəstəliyindən müalicə olunurdu.
Canseverin ölüm xəbərini sənətçi Mehtap sosial media hesabında açıqlayıb. Dördpendirli pizza
O, paylaşımında “Cansever ablam rəhmətə getdi, cəmi iki gün əvvəl danışmışdıq” ifadələrini yazıb.
Arabesk musiqisinin tanınmış simalarından olan Cansever xüsusilə 1990-cı illərdə ifa etdiyi mahnılarla böyük dinləyici auditoriyası qazanmışdı.
Sənətçinin uzun müddətdir leykemiya ilə mübarizə apardığı bildirilir.
Telegram kanalımız