Abdullah Gülə sui-qəsd iddiası

saytların hazırlanması

Evə çatdırılma

Abdullah Gülə sui-qəsd iddiası

Dünya

29 Yanvar 2019 17:15 1243


“Milliyyət” qəzetinin yazarı Talat Atillanın dünən yayımladığı yazıda Türkiyənin keçmiş prezidenti Abdullah Gülün həyat yoldaşı Hayrünnisə Gülün açıqlaması yer alıb.

O bildirib ki, A.Gül hər gün maşından düşəndə sərxoş kimi olur: “Avtomobil hərəkət etdikdə sanki salona zəhərli qaz verilir. Ərimi öldürmək istəyə bilərlər”.

Yazı daha sonra saytdan götürülüb. pizza sifarişi

Bundan sonra Abdullah Gülə qarşı sui-qəsd planının olması gündəmə gəlib. 

T.Atilla Abdullah Gülün dövlət tərəfindən verilən maşında  qoxudan  narahat olduğu və maşını dezinfeksiya etdirdiyini iddia edib. “Qoxu artaraq davam etdiyi üçün və bu dəfə səsboğucu dəyişdirilib”.

H.Gül bildirib ki, Abdullah belə məsələlərə ciddi yanaşmır. Onun müdaxiləsindən sonra avtomobil həmişəki servisdə deyil, başqa yerdə təmir olunub. Kondisionerin  işləmədiyi ortaya çıxıb.

Atilla əlavə edib ki, Abdullah Gül tərəfindən ödənilən məbləğin Baş Katiblik tərəfindən geri ödənməsi üçün ora göndərilib: “ Oradan bildirilib ki, müqavilə olmadığı üçün  təmir xərclərini ödəməyimiz mümkün deyil. Təmirdən sonra isə maşındakı zəhərli qaz çəkilib”. 

Əsmər Qabil

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!