ABŞ 5 erməni məhbusun qaytarılmasını alqışladı

saytların hazırlanması

Evə çatdırılma

ABŞ 5 erməni məhbusun qaytarılmasını alqışladı

Dünya

09 Sentyabr 2022 12:35 805


"ABŞ ümid edir ki, Ermənistan və Azərbaycan qalan fikir ayrılıqlarını həll etmək üçün addımlar atmağa davam edəcəklər".

Yenisabah.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin sözçüsü Ned Prays "Tvitter" səhifəsində yazıb.

“Biz erməni məhbusların vətənə qayıtması ilə bağlı xəbərləri alqışlayırıq ki, bu da Ermənistan və Azərbaycan arasında sülh prosesi üçün müsbət haldır. Ümid edirik ki, qalan bütün məhbuslar tezliklə evlərinə qayıdacaqlar və Azərbaycan və Ermənistan etimadın yaradılması və qalan fikir ayrılıqlarının aradan qaldırılması üçün addımlar atmağa davam edəcəklər”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Fəxrəddin
    Əvəzində biz nəyə nail olmuşuq?
    4 years ago