ABŞ atom sualtı qayığını Yaxın Şərqə göndərdi

saytların hazırlanması

Evə çatdırılma

ABŞ atom sualtı qayığını Yaxın Şərqə göndərdi

Dünya

06 Noyabr 2023 11:37 564


ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Yaxın Şərqə "Ohayo" sinfinə aid nüvə sualtı qayığının göndərildiyini açıqlayıb.

Yeniusabah.az xəbər verir ki, bu barədə Pentaqon X sosial şəbəkəsində məlumat yayıb.

Bundan əvvəl ABŞ Şərqi Aralıq dənizinə 2 təyyarədaşıyan gəmi göndərmişdi. Sezar pizza

ABŞ Mərkəzi Komandanlığı Yaxın Şərq, Şərqi Afrika və Mərkəzi Asiya regionlarında hərbi əməliyyatların baş verəcəyi təqdirdə əməliyyatların planlaşdırılmasına və ABŞ qüvvələrinin istiqamətləndirilməsinə cavabdehdir.

2002-ci ildən bəri komandanlığın irəli qərargahı Qətərin Doha şəhəri yaxınlığındakı Əl-Udeyd aviabazasında yerləşir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!