ABŞ blokadanı pozmağa çalışan gəmiyə zərbə endirdi

saytların hazırlanması

Evə çatdırılma

ABŞ blokadanı pozmağa çalışan gəmiyə zərbə endirdi

Dünya

30 May 2026 22:33 60


ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İran limanlarına tətbiq olunan blokadanı yarmağa çalışan kommersiya gəmisinə zərbə endirib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "Associated Press" agentliyi mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, zərbə ABŞ təyyarəsi tərəfindən endirilib və nəticədə gəmi sıradan çıxarılaraq hərəkətsiz vəziyyətə düşüb. Toyuqlu pizza

"Qambiya bayrağı altında üzən "Lian Star" yük gəmisi ABŞ qüvvələrinin çoxsaylı xəbərdarlıqlarına məhəl qoymayaraq İran limanına daxil olmağa cəhd edib. Gəmi Oman körfəzində ABŞ aviasiyası tərəfindən sıradan çıxarılıb", - mənbə bildirib.

Onun sözlərinə görə, ABŞ qüvvələri hələlik gəminin göyərtəsinə çıxmayıb.

Bu, blokada başlayandan bəri ABŞ hərbçilərinin güc tətbiq edərək dayandırdığı altıncı gəmi hesab olunur.

CENTCOM-un məlumatına görə, dəniz blokadası müddətində ABŞ Hərbi Dəniz Qüvvələri İranla əlaqəli 115 ticarət gəmisini geri qaytarıb./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!