Rusiya zərbələri intensivləşdirdi, Zelenski kömək istədi

saytların hazırlanması

Evə çatdırılma

Rusiya zərbələri intensivləşdirdi, Zelenski kömək istədi

Dünya

29 Noyabr 2026 14:25 47


Rusiya hərbçiləri soyuqların yaxınlaşması fonunda enerji obyektlərinə və digər kritik infrastruktura zərbələr endirirlər.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün "Telegram" kanalında bildirib.

Onun sözlərinə görə, ötən həftə ərzində Rusiya qoşunları Ukraynaya 1960-dan çox zərbə pilotsuz uçuş aparatı, 1600-dən çox idarəolunan aviabomba və səkkiz raket atıb. Elektronika məhsulları

Ukrayna lideri Ukrayna səmasını qorumaq üçün yenidən dəstəyi artırmağa çağırıb.

"Dəstəyin daha çox olması üçün hər gün çalışırıq. Əlavə maliyyə və müdafiə paketləri - ilk növbədə, HHM-in gücləndirilməsi - xilas edilmiş həyat deməkdir. Kömək edən hər kəsə minnətdaram", - Zelenski vurğulayıb./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!