ABŞ bu həftə Ukraynaya yeni hərbi yardım paketini açıqlayacaq

saytların hazırlanması

Evə çatdırılma

ABŞ bu həftə Ukraynaya yeni hərbi yardım paketini açıqlayacaq

Dünya

09 Avqust 2023 00:38 1668


Amerika Birləşmiş Ştatları bu həftə növbəti hərbi yardım paketinin bir hissəsi olaraq Ukraynaya yeni silahların təhvil verildiyini elan edəcək.

"Report" "RBC-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinqdə bildirib.

Miller ABŞ dövlət katibi Entoni Blinkenin Ukraynanın xarici işlər naziri Dmitro Kulebanın uzaqmənzilli ATACMS raketlərinin ötürülməsi tələbinə cavabını açıqlamaqdan imtina edib. Marqarita pizza

“Lakin dediyimiz kimi, biz Ukraynanı artilleriya və bir sıra silahlarla təchiz etməyə davam edirik. Bu həftənin sonunda Ukraynaya göstərməyi planlaşdırdığımız əlavə yardımla bağlı başqa açıqlamalar da veriləcək”, - Dövlət Departamentinin spikeri vurğulayıb.

O həmçinin əlavə edib ki, ABŞ Ukraynaya mümkün yeni raket və ya müdafiə sistemlərinin təhvil verilməsini nəzərdən keçirir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!