ABŞ-da afroamerikalı polislər tərəfindən güllələndi  - ABBAAN VİDEO
27 Okt 2020 21:39
910

ABŞ-da afroamerikalı polislər tərəfindən güllələndi - ABBAAN VİDEO

ABŞ-ın Filadelfiya ştatının Pensilvaniya şəhərində 27 yaşlı afroamerikalı Uolter Uollesin polislər tərəfindən güllələnərək öldürülməsindən sonra iğtişaşlar başlayıb.

Yenisabah.az bildirir ki, bu barədə CBS telekanalı məlumat yayıb.

Məlumata görə, qəzəblənmiş kütlə polis bölməsinin binası önünə gələrək U.Uollesi öldürən polislərin cəzalandırılmasını tələb ediblər.

Qısa müddət sonra kütlənin bir hissəsi şəhərin digər küçələrinə axışaraq yolları bağlayıb, dükanların vitrinlərini sındırıb, ticarət obyektlərini talan ediblər.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər