ABŞ-da Atatürkün heykəlinə qarşı çirkin hərəkət  - Foto
29 İyn 2020 15:44
266

ABŞ-da Atatürkün heykəlinə qarşı çirkin hərəkət - Foto

Amerikanın paytaxtı Vaşinqtonda Türkiyə Cümhuriyyətinin qurucusu Atatürkün heykəlinə hücum təşkil edilib. 

Yenisabah.az xəbər verir ki, demokratiyanın beşiyi sayılan ABŞ-da naməlum şəxslər tərəfindən ingiliscə "Yurdda sülh, cahanda sülh" yazılan Atatürk heykəlinin üzərinə pankart yapışdırılıb. Pankartın üzərində isə "Bəli insanlığa qarşı etdiyim cinayətlərdə günahkaram" sözləri yer alıb. Çoxlu sayda insan bu hadisəyə reaksiya verərkən "Yunan Soyqırımı Mərkəzi" adlı qurum məsələ ilə bağlı açıqlama verib.

Açıqlamada "Bu hücumu təşkil edən şəxsin 1922-ci ildə İzmirdə ayrılan bir nəfərin ailə üzvü olduğu öyrənildi" ifadələrinə yer verilib. Qurum açıqlamasında təhrikedici ifadələr işlətməkdən də çəkinməyib. 

Belə ki, 2008-ci ildə Avropa Parlamentində danışan bir akademikin Atatürkə qarşı işlətdiyi təhqirlər də onlar tərəfindən xatırladılıb. 

Qeyd edək ki, bütün bunlardan sonra CHP-li Gürsel Tekin sosial şəbəkədə baş verənləri və yunan lobbisini sərt şəkildə tənqid edib: "Vaşinqtonda yerləşən Atatürk heykəlinə hücum edən "Yunan Soyqırım Mərkəzi"nin bu açıqlamasını qınayıram. Xalqlar arasında kin və düşmənçiliyi təbliğ edən və cəhalətdən qidalanan bu vandalları lənətləyirəm. Öz vətənimizdə azad və müstəqil yaşamaq uğrunda mübarizəmiz davam edəcək".

Oxşar xəbərlər