ABŞ-də Pentaqonun gizli sənədlərini yayan şəxs tapıldı - Foto

saytların hazırlanması

Evə çatdırılma

ABŞ-də Pentaqonun gizli sənədlərini yayan şəxs tapıldı - Foto

Dünya

13 Aprel 2023 23:46 908


Pentaqonun məxfi sənədlərini ABŞ Milli Qvardiyasının Hərbi-Hava Qüvvələrinin üzvü internetdə yerləşdirib.

Yenisabah.az xəbər verir ki, son bir neçə ay ərzində ABŞ kəşfiyyat sənədlərini yayan kiçik onlayn oyun qrupunun lideri 21 yaşlı Cek Teyşeyra olub. Hərbçi artıq həbs edilib. Onun evində axtarış aparılır.

Teyşeyranın Massaçusets Hava Milli Qvardiyasının kəşfiyyat qanadında xidmət etdiyi bildirilir. O, silahlara, video oyunlara ümumi sevgi ilə təxminən 20-30 nəfərin bir araya gəldiyi “Thug Shaker Central” adlı özəl internet qrupunun kuratorudur. Qrup üzvləri sızan sənədlərin sırf məlumat xarakteri daşıdığını, onların çoxunun Ukraynadakı münaqişə ilə bağlı olduğunu qeyd ediblər. pizza hut

/Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!