Qərb mətbuatı ABŞ rəhbərliyindəki koalisiya qüvvələrinin tezliklə Haitiyə "demokratiya" üçün hərbi müdaxilə edəcəyini bildirir.
Yenisabah.az "CNN"ə istinadla xəbər verir ki, bununla əlaqəli olaraq, Kanadanın Krallıq Hərbi Hava Qüvvələrinə məxsus hərbi yük təyyarəsi Haitiyə çox sayda zirehli texnika gətirib.
Xalq isə ölkəyə hərbi müdaxilə edilmənin qarşısını almaq üçün paytaxt Port-o-Prensin küçələrinə çıxaraq Çin və Rusiyadan dəstək tələb edib. pizza
Qeyd edək ki, Haitidə hökumət cinayətkar qruplaşmalarla mübarizə üçün dünya ölkələrindən hərbi yardım istəyib. Haitidə cinayətkar qruplaşmalar yüzlərlə turisti oğurlayır, habelə insan alveri və narkotik ticarətinə nəzarət edirlər.
Xatırladaq ki, ötən il Haitidə cinayətkar qruplaşmaların hücumu nəticəsində ölkə prezidenti Jovenel Moiz də qətlə yetirilib.
Telegram kanalımız