ABŞ Dövlət Departamenti Perunun eks-prezidenti Alejandro Toledonun korrupsiya, sövdələşmə və çirkli pulların yuyulmasında ittiham olunmaq üçün ekstradisiyasına razılıq verib.
Yenisabah.az “Russia Today”a istinadla xəbər verir ki, bu barədə Peru Baş Prokurorluğu məlumat yayıb.
Toledo 20 il 6 ay müddətinə azadlıqdan məhrum edilə bilər. Toyuqlu pizza
Alejandro Toledo 2001-2006-cı illər arasında prezident vəzifəsində çalışarkən Braziliyanın “Odebrecht” tikinti şirkətindən Cənubi Peru və Braziliyanı birləşdirən böyük okeanlararası magistral layihəsi üçün 32 milyon dollara yaxın rüşvət almaqda ittiham olunur. Bu ittihamlar “Avtomobil yuma” kimi tanınan geniş istintaqın tərkib hissəsidir.
Telegram kanalımız