ABŞ hava şarları Çin səmasında - XİN-dən ittiham

saytların hazırlanması

Evə çatdırılma

ABŞ hava şarları Çin səmasında - XİN-dən ittiham

Dünya

13 Fevral 2023 17:17 727


Amerika şarları keçən ildən bəri Çin hava məkanına 10 dəfədən çox qanunsuz daxil olub.

Yenisabah.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Van Venbin danışıb.

O bildirib: “Təkcə keçən ildən bəri Amerikanın “yüksək hündürlükdə uçan şarları” Çin hakimiyyətinin icazəsi olmadan 10 dəfədən çox Çinin hava məkanını qeyri-qanuni şəkildə pozub". pizza

Sözçü Vaşinqtonu "Çini günahlandırmazdan əvvəl öz hərəkətləri haqqında düşünməyə" çağırıb.

Fevralın 4-də ABŞ qüvvələri ABŞ-ın hava sərhədləri daxilində bu "kəşfiyyat şarını" vurublar. O, Pentaqonun fikrincə, “vacib məlumatların toplanması” ilə məşğul olub. Bu hadisə ilə əlaqədar ABŞ dövlət katibi Entoni Blinken Çinə səfərini təxirə salıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!