ABŞ qüvvələrinin İrana son hava hücumları nəticəsində azı 18 nəfərin öldüyü, 142 nəfərin yaralandığı açıqlanıb.
“Yeni Sabah” xəbər verir ki, İran Səhiyyə Nazirliyinin sözçüsü Hüseyn Kermanpur bildirib ki, itkilər avqustun 30-dan sentyabrın 2-dək baş verən hücumlar zamanı qeydə alınıb.
Yaralananlar arasında 61 qadın və 18 yaşdan aşağı 44 nəfərin olduğu, ölənlər arasında isə iki qadın və bir uşağın yer aldığı bildirilib. Marqarita pizza
Kermanpur “Hər rəqəmin arxasında bir insan və bir ailə dayanır” deyə qeyd edib.
Məlumata görə, ABŞ-ın bazar günü Larak adasına endirdiyi zərbə bölgədə bir aylıq hərbi fasiləyə son qoyub. Vaşinqton hücumun İranın dəniz minaları daşıyan raketləri yerləşdirməyə hazırlaşdığı barədə müşahidələrdən sonra həyata keçirildiyini bildirib.
İran İslam İnqilabı Keşikçiləri Korpusu isə cavab olaraq Küveyt, BƏƏ, İordaniya, Bəhreyn və İraqdakı ABŞ hərbi obyektlərinə zərbələr endirib.
ABŞ Mərkəzi Komandanlığı da çərşənbə axşamı İran ərazisində İİKK-nın mövqelərinə yeni hava hücumları həyata keçirib.
Hazırkı eskalasiya hərbi əməliyyatların dayandırılması və Hörmüz boğazının açılmasını nəzərdə tutan 18 iyun 2026-cı il tarixli anlaşma memorandumunun pozulmasından sonra başlayıb.
Aydan Hacı
Telegram kanalımız