ABŞ-İran danışıqları: Tehran rəsmiləri bu axşam İslamabada çatacaq

saytların hazırlanması

Evə çatdırılma

ABŞ-İran danışıqları: Tehran rəsmiləri bu axşam İslamabada çatacaq

Dünya

09 Aprel 2026 09:40 196


ABŞ ilə danışıqlarda iştirak edəcək İran nümayəndə heyətinin bu axşam Pakistanın paytaxtı İslamabad şəhərinə gedəcəyi gözlənilir.

“Yeni Sabah” TASS-a istinadən xəbər verir ki, bunu İranın Pakistandakı səfiri Rza Əmiri Müqəddəm bildirib.

Məlumata görə, paytaxtda yerləşən “Serena Hotel Islamabad” ABŞ və İran nümayəndə heyətlərinin qəbuluna hazırlaşır. Hotel boşaldılır, qonaqlar başqa yerlərə köçürülür. Bu barədə otelin yaydığı rəsmi bildirişdə də qeyd olunub.

Eyni zamanda, danışıqların keçirilməsi üçün hazırlıq işləri Pakistan Baş nazirinin iqamətgahında da aparılır. Bununla belə, görüşün keçiriləcəyi məkanla bağlı yekun qərarın hələ qəbul olunmadığı qeyd edilir.

Qeyd edək ki, 2026‑cı ilin əvvəlində Yaxın Şərqdəki uzunmüddətli gərginlik ani və genişmiqyaslı silahlı qarşıdurmaya çevrilib. Fevralın 28-də ABŞ və İsrail İrana qarşı koordinasiya olunmuş hava zərbələri endirərək ölkənin nüvə obyektləri, hərbi məntəqələri və yüksək rütbəli rəsmilərini hədəfə alıb. Bu hücumlar zamanı İranın Ali Rəhbəri Əli Xamanei və digər yüksək vəzifəli şəxslər öldürülüb. İran buna cavab olaraq ballistik raketlər və pilotsuz uçuş aparatları ilə İsrailə, həmçinin ABŞ‑nin bölgədəki hərbi bazalarına və müttəfiq ölkələrdəki infrastruktura genişləndirilmiş hücumlar həyata keçirib, habelə strateji Hörmüz Boğazını nəzarət altına alaraq ticarət yollarını kəsib.

Vasitəçi ölkələr atəşkəs və diplomatik həll üçün intensiv səylər göstərir.

Aprelin 8-də tərəflər arasında iki həftəlik atəşkəs razılaşması əldə edilib. Danışıqlar üçün vasitəçilik təşəbbüsləri davam edir, lakin tam sülh hələlik təmin olunmayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!