ABŞ İran və Çinə qarşı bəzi sanksiyaları aradan qaldırdı
11 İyn 2021 02:02
624

ABŞ İran və Çinə qarşı bəzi sanksiyaları aradan qaldırdı

ABŞ İranın üç nəfər keçmiş hökumət üzvü və ölkə neftinin ticarətinə cəlb edilmiş iki Çin şirkəti barədə tətbiq etdiyi sanksiyaları aradan qaldırıb.

Yenisabah.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, sanksiyalar tətbiq olunan şəxslərin, eləcə də şirkətlərin davranış və statuslarındakı dəyişiklik səbəbindən aradan qaldırılıb.

“Reuters”in məlumatına görə, ABŞ hökumətindən bildirilib ki, bu qərarın İran nüvə proqramı ilə bağlı aparılan danışıqlarla heç bir əlaqəsi yoxdur.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər