ABŞ İrana çağırış etdi: Bütün etirazçılar azad olunsun!

saytların hazırlanması

Evə çatdırılma

ABŞ İrana çağırış etdi: Bütün etirazçılar azad olunsun!

Dünya

27 Dekabr 2022 12:51 717


ABŞ İranı ölkədəki bütün etirazçıları qeyd-şərtsiz azad etməyə çağırıb.

Yenisabah.az xəbər verir ki, bunu Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays deyib.

“Biz İranda azadlıqlarının dinc şəkildə həyata keçirilməsi üçün həbsdə olan bütün insanların qeyd-şərtsiz azad edilməsinə çağırırıq”, - o, Tvitter-də yazıb. Sezar pizza

Prays ABŞ-ın təşəbbüsü ilə İranın BMT-nin Qadınların Statusu Komissiyasından çıxarılmasını xatırladıb. Onun sözlərinə görə, bu, “cəsur İran qadınlarına dəstək məqsədilə” edilib.

"Onların hüquqları uğrunda mübarizə davam edir", - ABŞ Dövlət Departamentinin nümayəndəsi əlavə edib.

Bundan əvvəl Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Şurası (ECOSOC) İranın 2026-cı ilə qədər BMT-nin Qadınların Statusu Komissiyasından çıxarılmasına səs verib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!