ABŞ İranın əxlaq polisinə və Quru Qoşunları komandanına sanksiyalar tətbiq etdi

ABŞ İranın əxlaq polisinə və Quru Qoşunları komandanına sanksiyalar tətbiq etdi

Dünya Veb saytların hazırlanması

22 Sentyabr 2022 20:24 787


ABŞ ötən həftə saxlanıldıqdan sonra vəfat edən iranlı Məhsa Əmininin ölümü ilə əlaqədar İranın əxlaq polisinə sanksiya tətbiq edib.

Yenisabah.az xəbər verir ki, bu barədə cümə axşamı ABŞ Maliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bəyanatda qeyd edilir ki, əxlaq polisinə qarşı sanksiyalar “İranlı qadınlara qarşı zorakılıq, habelə İranda dinc nümayişçilərin hüquqlarının pozulmasına görə” tətbiq edilib.

“Əxlaq polisi hicabı düzgün geyinmədiyi iddiası ilə saxlanılan və həbs edilən 22 yaşlı Məhsa Əmininin ölümünə görə məsuliyyət daşıyır”, - deyə ABŞ Maliyyə Nazirliyindən bildirilib.

Polisin rəhbər və digər vəzifəli şəxslərinə qarşı da sanksiya tətbiq olunub.

Bununla yanaşı, ABŞ İran Quru Qoşunlarının komandanı general Kiyumərs Heydəriyə də sanksiya tətbiq edib. Ondan başqa daha beş şəxs sanksiyalara məruz qalıb./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!