ABŞ məhkəməsi Kennedi Mərkəzinin fasadına Trampın adının vurulmasını yenidən qadağan edib

saytların hazırlanması

Evə çatdırılma

ABŞ məhkəməsi Kennedi Mərkəzinin fasadına Trampın adının vurulmasını yenidən qadağan edib

Dünya

15 Sentyabr 2026 23:38 51


Vaşinqton məhkəməsi ABŞ Prezidenti Donald Trampın adının paytaxtın əsas teatr-konsert kompleksi olan Con Kennedi adına İfaçılıq Sənəti Mərkəzinin fasadına yerləşdirilməsini yenidən qadağan edib.

"Yeni Sabah" xəbər verir ki, qərarı mərkəzin adının dəyişdirilməsi və əsaslı təmiri ilə bağlı daha əvvəl qaldırılmış iddialara baxan federal dairə hakimi Kristofer Kuper qəbul edib.

“Sadə dillə desək, cavabdehlər ABŞ Konqresinin razılığı olmadan Kennedi Mərkəzində Prezident Trampın və ya hər hansı digər şəxsin şərəfinə memorial yarada bilməzlər”, – hakim bildirib. pizza sifarişi

Kuper vurğulayıb ki, ABŞ qanunverici hakimiyyəti vaxtilə mərkəzin yalnız Prezident Con Kennedinin şərəfinə adlandırılması barədə qərar qəbul edib./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!