ABŞ-nin antiterror mərkəzinin rəhbəri İran münaqişəsinə görə istefa verdi

saytların hazırlanması

Evə çatdırılma

ABŞ-nin antiterror mərkəzinin rəhbəri İran münaqişəsinə görə istefa verdi

Siyasət

17 Mart 2026 18:49 668


ABŞ Milli Antiterror Mərkəzinin direktoru Co Kent istefa verdiyini açıqlayıb.

"Yeni Sabah" xəbər verir ki, o, bu barədə sosial şəbəkədə bildirib.

Kent qeyd edib ki, İrana qarşı davam edən müharibəni dəstəkləmədiyi üçün vəzifəsindən ayrılır. Onun sözlərinə görə, İran ABŞ üçün birbaşa təhlükə yaratmırdı və münaqişə əsasən İsrailin təsiri ilə başlayıb. Marqarita pizza

O, həmçinin ABŞ Prezidenti Donald Trampa və Milli Kəşfiyyat direktoru Tulsi Qabbarda təşəkkür edib.

Qeyd edək ki, ABŞ və İsrail fevralın 28-dən etibarən İrana zərbələr endirirlər. Vaşinqton Tehranın nüvə silahı hazırladığını iddia etsə də, İran bunu təkzib edir. Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Rafael Qrossi isə belə silahın yaradılması ilə bağlı sübut olmadığını bildirib./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!