ABŞ nümayəndə heyəti Çində onlara verilən bütün əşyaları zibil qutusuna atıb

saytların hazırlanması

Evə çatdırılma

ABŞ nümayəndə heyəti Çində onlara verilən bütün əşyaları zibil qutusuna atıb

Dünya

15 May 2026 19:45 149


ABŞ Prezidenti Donald Trampın nümayəndə heyətinin üzvləri Çini tərk etməzdən əvvəl yerli rəsmilərin onlara təqdim etdiyi bütün əşyaları atmaq məcburiyyətində qalıblar.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "New York Post" qəzetinin müxbiri Emili Qudi məlumat yayıb.

Jurnalist aydınlaşdırıb ki, təhlükəsizlik qaydalarına görə, Çin ərazisindən təyyarənin göyərtəsinə hər hansı bir əşyanın gətirilməsi qadağan edilib. Bu səbəbdən heyət üzvləri Çin rəsmilərinin amerikalılara verdiyi hər bir şeyi zibil qutusuna atıblar. Sezar pizza

"Ağ Ev işçilərinin birdəfəlik telefonları, akkreditasiya kartları, nümayəndə heyəti üçün nişanlar - biz "AF1" (Air Force One) təyyarəsinə minməzdən əvvəl bütün bunları topladılar və zibil qutusuna atdılar", - deyə jurnalist qeyd edib.

Xatırladaq ki, Donald Tramp Çinə üçgünlük səfər edib. Bu, Trampın 2017-ci ildəki ilk prezidentlik dövründən bəri, yəni son doqquz ildə Pekinə etdiyi ilk rəsmi səfərdir./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!