ABŞ ordusunda xidmət edən azərbaycanlının meyiti tapıldı   - FOTO

saytların hazırlanması

Evə çatdırılma

ABŞ ordusunda xidmət edən azərbaycanlının meyiti tapıldı - FOTO

Hadisə

17 Sentyabr 2026 20:15 430


ABŞ ordusunda xidmət edən azərbaycanlı gənc İslamlı Turan Fehruz oğlunun meyiti tapılıb.

“Yeni Sabah” “Gununsesi.info”ya istinadən xəbər verir ki, Turan İslamlı Bərdə rayonunun Alaçadırlı kəndində anadan olub. Onun atası əslən Laçın rayonundandır. Ailə uzun illərdir Bərdədə məskunlaşıb.

Məlumata görə, Turan ixtisasca mühəndis olub. O, Azərbaycan Memarlıq və İnşaat Universitetini bitirib. Bir müddət Şuşada memar kimi fəaliyyət göstərib, daha sonra ABŞ-yə gedib və ordu sıralarında xidmət edib. pizza hut

T.İslamlı həmçinin güclü şahmatçı kimi tanınıb. Ailədə ata-anası, iki qardaşı və bir bacısı olub.

Yaxınları bildirib ki, Turan “Green Card” qazanıb və  ABŞ-yə gedib: “Bundan sonra ABŞ-yə gedərək orduya daxil olub.

Turan bütün fənləri yaxşı bilib və ingilis dilində imtahan verib. O, dünən məzuniyyətə Bakıya gəlib və səhər saatlarında cansız bədəni tapılıb”.

Qeyd edək ki, hadisənin səbəbləri barədə hələlik əlavə məlumat yoxdur.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!