4 İyul - 03:58
ABŞ rəsmisi: “İstənilən formatda Bakı və İrəvanla işləməyə hazırıq“

ABŞ rəsmisi: “İstənilən formatda Bakı və İrəvanla işləməyə hazırıq“

Bölgə

23 İyun 2022 15:38 541


"Biz Ermənistan və Azərbaycanı Qarabağ münaqişəsi və ondan irəli gələn həll olunmamış problemlərə dair hərtərəfli həll yollarını axtararaq dialoqu davam etdirməyə və diplomatik fəaliyyəti aktivləşdirməyə çağırırıq".

Yenisabah.az "Armenian News"a istinadla xəbər verir ki, bunu İrəvanda səfərdə olan ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karin Donfrid bildirib.

"Bu səylərdə biz və ATƏT-in Minsk qrupunun həmsədri kimi Ermənistanı və Azərbaycanı bundan sonra da dəstəkləməyə hazırıq", - deyə o əlavə edib.

K. Donfild vurğulayıb: "İstənilən həllə nail olunması istiqamətində irəliləyişin təmin edilməsi məsələsində ABŞ Ermənistan və Azərbaycanla istənilən formatda, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədrliyi formatında iştirak etməyə hazırdır. ABŞ ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri Rusiya və Fransa ilə beynəlxalq ictimaiyyətin Ermənistan və Azərbaycana sülhə nail olmaqda ən yaxşı şəkildə necə kömək edə biləcəyi ilə bağlı müzakirələrə açıqdır".

Dövlət katibinin köməkçisi qeyd edib: "Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması daha geniş regionda sülhün, sabitliyin və rifahın təmin olunması üçün vacibdir. Biz Ermənistan-Türkiyə dialoqunu alqışlayırıq və iki ölkənin fikir ayrılıqlarının diplomatiya və dialoq yolu ilə həllində iştirak etməsini təqdirəlayiq hesab edirik".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!