9 Avqust - 05:50
ABŞ Səfirliyinin vəkili general Həzi Aslanovla birgə DİN-in sığınacağına baş çəkdi - Foto

ABŞ Səfirliyinin vəkili general Həzi Aslanovla birgə DİN-in sığınacağına baş çəkdi - Foto

Siyasət

14 Yanvar 2022 19:55 901


ABŞ Səfirliyinin müvəqqəti işlər vəkili Maykl Dikerson general Həzi Aslanovla birgə DİN-in İnsan alveri qurbanları üçün olan sığınacağına baş çəkib.

Yenisabah.az xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı Səfiliyindən məlumat verilib. 

Bildirilib ki, tərəflər mərkəzin insan alveri qurbanlarına göstərdiyi xidmətləri və dünyada təqribən 25 milyon insanı əhatə edən məsələ ilə bağlı maarifləndirmənin zəruriliyini müzakirə ediblər.

"Yanvar ayı ABŞ-da İnsan Alverinin Qarşısının Alınması Ayı kimi qeyd olunur. Bu ay, insan alveri ilə bağlı məlumatlılığı artırır və bu cinayətin aşkar edilməsi və qarşısının alınması ilə bağlı ictimaiyyəti maarifləndirir", - deyə məlumatda qeyd edilir.Bir 2 nəfər, ayaqüstə duran insanlar, kostyum və içəridə şəkili ola bilər


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!