“Pentaqon pulsuz yardımın bir hissəsi kimi Tayvanı təcili olaraq “Stinger” mobil zenit-raket kompleksləri, həmçinin “Javelin” və “TOW 2B Aero” tank əleyhinə raket kompleksləri ilə təchiz etməyi planlaşdırır”.
Yenisabah.az “South China Morning Post”a istinadla xəbər verir ki, bu sözləri Tayvanın müdafiə rəisi Qiu Quojen deyib.
O, keçən həftə Taypey və Vaşinqton arasında tədarük siyahısına dair razılaşmanın bir neçə aydır mövcud olduğunu əlavə edib. Onun sözlərinə görə, silahlar ABŞ Silahlı Qüvvələrinin ehtiyatından pulsuz veriləcək. Pepperoni pizza
Xatırladaq ki, Birləşmiş Ştatlar Ukraynaya hərbi yardım göstərmək üçün istifadə olunan sürətləndirilmiş prosedur çərçivəsində Tayvana 500 milyon dollar dəyərində silah ötürməyə hazırlaşır.
ABŞ-ın ötən ilin dekabrında qəbul edilmiş 2023-cü maliyyə ilinin (oktyabrın 1-dən başlayıb) müdafiə büdcəsində prezidentin öz mülahizəsinə uyğun olaraq Tayvana 1 milyard dollara qədər hərbi yardım verə biləcəyi bənd daxildir. Bu prosedura ABŞ administrasiyasına silahların istehsalı üçün müqavilə bağlamaq əvəzinə, mövcud ehtiyatlardan müttəfiqlərə tez bir zamanda silah ötürməyə imkan verir.
Telegram kanalımız