ABŞ Ukraynaya daha 12 milyard dollarlıq yardım paketi ayıracaq

saytların hazırlanması

Evə çatdırılma

ABŞ Ukraynaya daha 12 milyard dollarlıq yardım paketi ayıracaq

Dünya

27 Sentyabr 2022 10:29 906


"ABŞ Konqresində müvəqqəti xərclər haqqında qanun layihəsinin müzakirəçiləri Ukraynaya yeni hərbi və iqtisadi yardım paketinə təxminən 12 milyard dolların daxil edilməsinə razılaşıblar".

Yenisabah.az "Reuters" xəbər verir ki, maliyyə vəsaiti Ukraynanın müdafiə qabiliyyəti və avadanlıqları ilə təmin etmək üçün 4,5 milyard dollar, həmçinin hərbi, kəşfiyyat və digər müdafiə dəstəyini davam etdirmək üçün 2,7 milyard dolları əhatə edəcək.

Bu, həmçinin növbəti rübdə Kiyev hökumətinə birbaşa büdcə dəstəyini davam etdirmək üçün 4,5 milyard dolları əhatə edəcək. pizza

Beləliklə, prezident Volodimir Zelenskinin administrasiyası əsas işçilərin maaşlarını ödəyə, ukraynalıları dəstəkləyə və mülki əhaliyə kömək üçün digər kritik xərcləri qarşılaya biləcək.

Bu ayın əvvəlində ABŞ prezidenti Co Bayden Konqresdən müvəqqəti xərclər haqqında qanun layihəsi çərçivəsində Ukraynaya 11,7 milyard dollar təcili yeni hərbi və iqtisadi yardım ayırmağı xahiş edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!