ABŞ Ukraynaya ilk dəfə “Patriot” zenit-raket kompleksləri verəcək

saytların hazırlanması

Evə çatdırılma

ABŞ Ukraynaya ilk dəfə “Patriot” zenit-raket kompleksləri verəcək

Dünya

21 Dekabr 2022 22:41 715


ABŞ ilk dəfə olaraq Ukraynaya “Patriot” zenit-raket komplekslərinin daxil olduğu 1,8 milyard dollar həcmində hərbi yardım göndərəcək.

Yenisabah.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinkenin yazılı bəyanatında deyilir.

Sənəddə göstərilir ki, 1 milyard Dövlət Departamenti, 850 milyon dollar isə Pentaqon vasitəsilə ayrılacaq. Toyuqlu pizza

Demək olar ki, ABŞ dövlət katibi ilə eyni vaxtda Ağ Evin mətbuat xidməti ABŞ prezidenti Cozef Baydenin Blinkenin qeyd etdiyi xarici siyasət departamenti vasitəsilə Kiyevə 1 milyard dollara qədər vəsaitin ayrılması haqqında sərəncamının mətnini dərc edib.

ABŞ “Patriot” raketləri batareyasını idarə etmək üçün ukraynalı hərbçilərə keçiriləcək təlimlərdə də iştirak edəcək./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!