ABŞ və Almaniya Ukraynaya tank göndərə bilmir

saytların hazırlanması

Evə çatdırılma

ABŞ və Almaniya Ukraynaya tank göndərə bilmir

Dünya

29 Sentyabr 2022 14:09 836


ABŞ və Almaniya hələ də Ukraynaya döyüş tankları göndərə bilmir.

Yenisabah.az "Bloomberg"ə istinadla xəbər verir ki, rəsmilər logistik problemlərin olduğunu dilə gətirir. Həmçinin Rusiya ilə gərginliyin artmasından narahatdırlar.

Mənbələrin bildirdiyinə görə, son həftələr Ukraynanın müttəfiqləri Ukraynaya “Abrams” və “Leopard” kimi NATO standartlarına uyğun tankların göndərilib-göndərilməməsi ilə bağlı müxtəlif səviyyələrdə danışıqlar aparır, lakin heç bir qərar verilməyib. Dördpendirli pizza

Dövlət Departamentinin rəsmisinin sözlərinə görə, Kiyevi müasir döyüş tankları ilə təmin etmək uzunmüddətli təlim, texniki xidmət və dəstək tələb edəcək. O qeyd edib ki, Ukraynanı təchiz etmək üçün beynəlxalq səylər ölkənin tez və səmərəli istifadə edə biləcəyi silahların göndərilməsinə yönəlib.

İspaniya, Yunanıstan və Polşa da daxil olmaqla təxminən on Avropa ölkəsi "Leopard" tanklarından istifadə edir, lakin onları münaqişə zonasına göndərmək üçün Almaniyadan icazə tələb olunur. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!