ABŞ-da son 2 ayda ölkədən kənara səyahət etməyən insanlarda 5 malyariya hadisəsi qeydə alınıb.
Yenisabah.az xəbər verir ki, bu barədə Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (CDC) xəbərdarlıq edib.
Florida ştatının Sarasota qraflığında 4 nəfər və Texas ştatının Kameron qraflığında bir nəfər mayın sonu ilə iyunun sonu arasında yoluxub. Onların hamısı müalicə alıb, sağalmaq üzrədir. Marqarita pizza
Bu hallar digər ölkələrə səyahətlə bağlı olmayan son 20 ildə ilkdir. Son təsdiqlənmiş yerli yoluxma hadisəsi 2003-cü ildə, Florida ştatının Palm Biç qraflığında 8 nəfərin yoluxduğu zaman baş verib.
Telegram kanalımız