Abşeronda kişi bankomatdan pul oğurlayıb qonşulara xərclədi

saytların hazırlanması

Evə çatdırılma

Abşeronda kişi bankomatdan pul oğurlayıb qonşulara xərclədi

Kriminal

27 Dekabr 2025 19:30 13852

Abşeronda kişi bankomatdan götürdüyü başqasına məxsus pulu kasıb qonşularına xərcləyib.

"Yeni Sabah" Lent.az-a istinadla xəbər verir ki, hadisə Xırdalan şəhəri, Heydər Əliyev prospektində baş verib.

İttiham aktına əsasən, 47 yaşlı Nəcəf Mədətov (ad və soyad şərtidir) bankomat aparatının ekranında 1 300 manat məbləğin əks olunduğunu görüb və "təsdiq" düyməsini basaraq pulu götürüb. Onun sözlərinə görə, həmin vəsaitlə həm öz ailəsi üçün ərzaq alıb, həm də aztəminatlı qonşularına maddi yardım göstərib.

Bu əmələ görə Nəcəf Mədətov saxlanılıb və barəsində cinayət işi açılıb.

Zərərçəkmiş şəxs ifadəsində bildirib ki, bank kartını bankomata daxil edib PIN-kodu yığsa da, aparatın pul vermədiyini görərək kartını çıxarıb və ərazini tərk edib. Lakin əməliyyatı sonlandırmadığı üçün məlumatlar bankomatın ekranında qalıb. Zərərçəkən şəxs ona dəyən maddi ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxsə qarşı hər hansı şikayət və tələbinin olmadığını qeyd edib.

Abşeron Rayon Məhkəməsinin qərarı ilə Nəcəf Mədətov barəsində 2 il 5 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Tural Gence
    Egerki o ,pula azuqe alinibsa burda hamimiz gunahkariq bu ogurluq deil tenboli puln hamsi qaytarilb pul kasiba kusuba gedib gunde nece şobelerde iş yerlerinde o pullarin nece qati rüşvet kimi onun bunun cibine girir onlari hec tutan yoxdu 1500manata gore 2il 5ay tenboli wikayet yox tenboli sizin deyer vermediyinz vetendaşlarmza xercleybler
    4 months ago

  • Süsən
    Mövzudan kənar şərh yaxmağa məcbur oldum. Əmək və əhalinin sosial müdafiəsi nazirliyi aztəminatlı ailələrə iki yüz manat (200₼) civarında pul yardımı etdi. Halbuki əhali arasında yaşayan mən bilirəmki, sosial pul alanların çoxu aztəminatlı deyil. Evdə qeyri leqal yol ilə pul gəlirləri var.